Baş nazirə sui-qəsd

Baş nazirə sui-qəsd
  29 Aprel 2013    Oxunub:1945
Suriyanın paytaxtı Şam şəhərində baş verən partlayışda baş nazir Vael əl-Həlqinin hədəf alındığı bildirilir.
Türkiyənin Posta qəzeti yazır ki, suriyalı nazir partlayışdan sağ-salamat xilas olunsa da, hadisə nəticəsində xəsarət alan vətəndaşlar olub.

Partlayışın baş nazirin korteji keçən zaman baş verdiyi bildirilir.

Suriyanın dövlət telekanalı isə partlayışı terror kimi qələmə verərək bildirib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Baş verən sui-qəsdin kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti