Fransa eynicinslilərə “hə” dedi

Fransa eynicinslilərə “hə” dedi
  24 Aprel 2013    Oxunub:1411
Fransalı deputatlar eynicinsli nikahların rəsmiləşdirilməsini nəzərdə tutan qanunu qəbul edib. Bununla da Fransa eynicinslilərin nikahına icazə verən 14-cü ölkə olub.
AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, səsvermə zamanı 331 deputat qanunun lehinə, 225 deputat isə “əleyhinə” səs verib.

Qanunun qüvvəyə minməsi üçün isə sadəcə seçkiqabağı kampaniyası zamanı eynicinslilərin nikahını qanuniləşdirəcəyinə söz verən prezident Ollandın imzası lazımdır.

Fransa ədliyyə naziri Kristin Tubira və Cinsi azlıqlar cəmiyyəti ( LGBT) bu qərarı “demokratiya və bərabərliyin qələbəsi” kimi qiymətləndirib.

Qərar parlamentdə müzakirə olunarkən parlament binası önündə etiraz aksiyası keçirən Fransa müxalifəti isə Konsitutsiya məhkəməsində qanunun ləğvi üçün çalışacaqlarını deyib. Fransalı senatorların fikrincə, bu qanun beynəlxalq vətəndaş hüququnun qüvvədə olan normalarına ziddir.



Teqlər:  





Xəbər lenti