6 nəfərin qatili tutuldu

6 nəfərin qatili tutuldu
  24 Aprel 2013    Oxunub:1496
6 nəfərin güllələnməsində şübhəli bilinən şəxs Belqorod şəhərində polislər tərəfindən yaxalanıb, saxlama zamanı bir polis nəfəri yaralanıb.
“İnterfax” agentliyinin yaydığı xəbərə görə, şübhəli şəxs yük qatarının içində mühasirəyə alınıb zonadan çıxmağa cəhd göstərərkən saxlanılıb. Polis əməkdaşları onu tanıyıb və saxlamaq üçün müvafiq tədbirlər görüblər, bu zaman bir polis nəfəri bıçaqla yaralanıb.

Altı nəfərin qətlində ittiham edilən Serqey Pomazun (“Belqorod atıcısı”) ifadə verməyə başlayıb. Hazırda saxlanılan barəsində rəsmi prosedur keçirilir, ona qarşı ittihamlar irəli sürülür.

Pomazun tərəfindən oğurlanmış və istifadə edilmiş silahın aşkar edilməsinə və müsadirə olunmasına yönəlmiş təcili istintaq hərəkətləri keçiriləcək.


Teqlər:  





Xəbər lenti