Vaşinqtonda “erməni soyqırımı” muzeyi sökülür

Vaşinqtonda “erməni soyqırımı” muzeyi sökülür
  22 Aprel 2013    Oxunub:1241
Ermənilərin Vaşinqtondakı “soyqırımı” muzeyi yaratmaq arzusu gözündə qaldı.
Vaşinqtonda qondarma “erməni soyqırımı”nın təbliğini nəzərdə tutan muzey fəaliyyətinə icazə verilməyib. Bu barədə "Vaşinqton Biznes" jurnalı məlumat yayıb. Məlumatda bildirilir ki, Vaşinqtonun mərkəzində qondarma “erməni soyqırımı”nın təbliği məqsədilə fəaliyyət göstərəcək muzey üçün nəzərdə tutulan 3 bina söküləcək. Artıq binaların sahibi bunun üçün müvafiq orqanlara müraciət edib.

Qeyd edək ki, sözügedən binalar hələ 2012-ci ildə yararsız elan edilib. Odur ki, ermənilər müvəqqəti olaraq qondarma soyqırımlarının təbliğini dayandırmalı olublar. Buna əsas səbəb isə layihəni maliyyələşdirəcək iki erməni təşkilatının "Armenia" və “Anam”ın arasındakı münasibətlərin korlanması olub. Hazırda binanın sökülməsi işlərinə hazırlıqlar başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti