Əziz Səncər Azərbaycana gələcək
AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Səncərə Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.
İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncərin mayın 30-dan iyunun 6-dək Azərbaycan Milli Elmlər Akademiyasına gəlişinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.
AzVision.az
Teqlər: