Qarabağda itkin düşən 73 nəfərin adı açıqlandı - SİYAHI

 Qarabağda itkin düşən 73 nəfərin adı açıqlandı -  SİYAHI
  30 Aprel 2024    Oxunub:1420
"73 nəfərin meyiti tapılıb.Onlar Birinci Qarabağ Müharibəsi şəhidləridir".
AzVision.az - ın məlumatına əsasən, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə, Bakıda Şəhidlər xiyabanında dəfn olunan 13 nəfərin kimliyi naməlum qalıb. Ağdam rayonu Sarıcalı kəndi üzrə 3 nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər Xiyabanında olan naməlum məzarlarda basdırılmış 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayon Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşidirilib”.

E. Səmədov 73 nəfər itkin sayılan şəxslərin adlarını açıqlayıb.















Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti