Tanışlarını öldürən şəxsin işi məhkəməyə göndərilib

Tanışlarını öldürən şəxsin işi məhkəməyə göndərilib
  19 Aprel 2024    Oxunub:546
Ötən ilin dekabr ayının 31-də Binəqədi rayonu ərazisində 1968-ci il təvəllüdlü Namiq Orucovun və 1988-ci il təvəllüdlü Ramil Səfərovun qəsdən öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə istintaq tamamlanıb.
Binəqədi rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, istintaqla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin tanışları Namiq Orucovu və Ramil Səfərovu Binəqədi rayonu ərazisində yerləşən kafelərdən birində xuliqanlıq edib bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Arif Bəhərçiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 (xuliqanlıq niyyətilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar iki və daha çox şəxsi qəsdən öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti