Həbsdə olan keçmiş müdafiə naziri Paşinyanla raket atmaq istəyir

Həbsdə olan keçmiş müdafiə naziri Paşinyanla raket atmaq istəyir
  19 Aprel 2024    Oxunub:612
Ermənistanın keçmiş müdafiə naziri, hazırda həbsdə olan hərbi cani David Tonoyan baş nazir Nikol Paşinyana çağırış edib.
Eks-nazir ölkə rəhbərini ona qarşı irəli sürülən ittihamların əsasını təşkil edən raketlərin keyfiyyətini şəxsən yoxlamağa dəvət edib.

Tonoyanın bəyanatında deyilir ki, onun yararsız elan edilmiş raketlərlərin tam araşdırılması və orduda olan digər raketlərlə müqayisəsinin aparılmasına ilə bağlı müraciətləri məhkəmə tərəfindən rədd edilib. Məhkəmə, həmçinin mərmilərin keyfiyyəti ilə bağlı ekspertlərdən rəy almağa da imkan verməyib.

Tonoyan: "Müasir müharibəyə hazır deyildik"
“Baş nazirin mənim sözlərimə şübhə edə biləcəyini və mütəxəssislərə etimadsızlığını bildiyini nəzərə alaraq, onu şəxsən mənimlə birgə raket sınaqlarında iştirak etməyə dəvət edirəm. Belə olsa Paşinyan mənə silaha dair və digər mühüm mövzularda istənilən sualı verə biləcək”, - Tonoyan bildirib.

O da vurğulanıb ki, əgər ciddi problemlərlə üzləşən dövlət başçısı məktəblərdə asılqanları yoxlamağa vaxt tapırsa, o zaman Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini saxlaması üçün zəruri olan raketlərin yoxlanılmasına da diqqət yetirməlidir.

Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketlər almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunaraq 2021-ci ildə həbs edilib. Bu cinayət işində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunublar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir.
AzVision.az



Teqlər:   Ermənistan   Raket   Həbs  





Xəbər lenti