Almaniyalı nazir Kiyevdə saat yarım bomba sığınacağında qalıb

  Almaniyalı nazir Kiyevdə saat yarım bomba sığınacağında qalıb
  19 Aprel 2024    Oxunub:558
Almaniyanın iqtisadiyyat naziri və vitse-kansler Robert Habek Kiyev otellərindən birinin bomba sığınacağına çevrilmiş yeraltı qarajına enmək məcburiyyətində qalıb.
Bu barədə DPA agentliyi məlumat yayıb. Almaniyalı nazir və onun nümayəndə heyəti təxminən bir saat yarım hava hücumu xəbərdarlığını gözləyiblər və sonra öz otaqlarına qayıdıblar. Əlavə məlumat verilmir. Habek cümə axşamından bəri Kiyevdədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti