Ermənistanda 30-dan çox minanı zibilliyə atdılar

Ermənistanda 30-dan çox minanı zibilliyə atdılar
  18 Aprel 2024    Oxunub:488
Ermənistanda maraqlı hadisə baş verib. AzVision.az xəbər verir ki, vətəndaşlardan biri zibilxanaya xeyli sayda mina atıb.
"Mamul" nəşrinin yaydığ məlumata görə, fövqəladə hadisə aprelin 17-də Armavir vilayətində baş verib: "Saat 13:20 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şahumyan inzibati rayonunun zibilxanasında tank əleyhinə minaların olması barədə məlumat daxil olub.

Ermənistanda 44 günlük müharibədən qalan xeyli silah-sursat aşkarlanıb
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, əraziyə cəlb edilmiş minatəmizləyənlər 31 tank əleyhinə mina aşkar ediblər. Onlardan bəziləri çoxdan məhv edilməli imiş", - nəşr yazıb.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda vətəndaşlarından tez-tez silah-sursat toplanır. Ehtimal edilir ki, onlar xaotik şəkildə hərəkət edən erməni ordusundan qalmış silahlardır.
AzVision.az



Teqlər:   Ermənistan   Silah  





Xəbər lenti