İmtahandan keçməyən 200-ə yaxın müəllim işdən çıxarılıb

   İmtahandan keçməyən 200-ə yaxın müəllim işdən çıxarılıb
  18 Aprel 2024    Oxunub:725
Sertifikatlaşdırmadan keçə bilməyən 200-ə yaxın müəllim öz ərizəsi ilə işdən azad edilib.
AzVision.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, ötən il uğursuz olan müəllimlər isə bu il növbəti dəfə sertifikatlaşdırmaya cəlb ediləcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti