Şolts: "Yaxın Şərqdə daha böyük münaqişə yolverilməzdir"

      Şolts: "Yaxın Şərqdə daha böyük münaqişə yolverilməzdir"
  17 Aprel 2024    Oxunub:927
"Ümidvaram ki, hər bir tərəf (İsrail və İran - red.) bu məsələnin əhəmiyyətini başa düşür".
AzVision.az xəbər verir ki, bu sözləri Almaniyanın Kansleri Olaf Şolts elçikanın paytaxtı Brüsseldə baş tutan Avropa İttifaqı sammitində deyib.

"Tərəflər arasında gərginliyin azaldılması üçün hər bir fürsətdən faydalanmaq lazımdır", - o deyib.

Xatırladaq ki, İran Dəməşqdəki konsulluğuna hücuma cavabən ötən həftə İsrail ərazisinə aviazərbələr endirib. İsrail də, öz növbəsində, bu hücumlara reaksiya verəcəyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   İsrail   İran   Yaxın-Şərq  





Xəbər lenti