Zurabişvili Qərb ölkələri səfirləri ilə təcili görüş keçirdi

Zurabişvili Qərb ölkələri səfirləri ilə təcili görüş keçirdi
  17 Aprel 2024    Oxunub:648
Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropa İttifaqı (Aİ) ölkələrinin, ABŞ və Böyük Britaniyanın səfirləri ilə təcili toplantı keçirib.
Bu barədə TASS məlumat yayıb.

Görüş ölkədə xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı yaranan narazılıq səbəbindən keçirilib. Prezidentlə görüşə Avstriya, Bolqarıstan, Böyük Britaniya, Almaniya, İtaliya, Litva, Polşa, Sloveniya, Fransa, Çexiyanın səfirləri, həmçinin Aİ-nin Tbilisidəki diplomatik missiyasının rəhbəri Pavel Qerçinski gəlib.
AzVision.az



Teqlər:





Xəbər lenti