ABŞ İsrailin İrana istənilən hücumuna qarşı çıxacaq

   ABŞ İsrailin İrana istənilən hücumuna qarşı çıxacaq
  14 Aprel 2024    Oxunub:691
ABŞ İsrailin İrana istənilən hücumuna qarşı çıxacaq.
Bu barədə Reuters məlumat yayıb. Ağ Evdəki mənbədən bildirilib ki, ABŞ prezidenti Co Bayden bu axşam baş nazir Benyamin Netanyahu ilə telefon söhbəti zamanı ölkəsinin İrana qarşı istənilən cavab hücumuna qarşı olduğunu və bu hücumda iştirak etməyəcəyini deyib.

Amerikanın müdafiə naziri Lloyd Austin isə Tehranı "gərginliyi azaltmağa" çağırıb. Onun sözlərinə görə, "ABŞ İranla müharibədə maraqlı deyil. Biz onun öz emissarları ilə həyata keçirdiyi hücumu pisləyirik, bununla yanaşı qüvvələrimizi qorumaq və İsrailin təhlükəsizliyini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik".

AzVision.az


Teqlər:





Xəbər lenti