"Sabah" ikinci dəfə mövsümdə qalib gəlib

"Sabah" ikinci dəfə mövsümdə qalib gəlib
  13 Aprel 2024    Oxunub:835
“Sabah” komandasının Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümü lider kimi başa vuracağı dəqiqləşib.
AzVision.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatının XVII turunda "Sumqayıt" üzərində 93:73 hesabı ilə qələbə qazanıb.

Beləliklə, xallarını 31-ə çatdıran bakılılar son turdakı oyunların nəticəsindən asılı olmayaraq ilk pillənin sahibi kimi pley-offa vəsiqə əldə ediblər.

Reqlamentə əsasən, müntəzəm mövsümdə ilk iki yeri tutan komandalar pley-offa birbaşa yarımfinal mərhələsindən başlayırlar.

Rimas Kurtinaytisin başçılığındakı kollektiv hazırda 31 xalla turnir cədvəlinin lideridir.

"Sabah" ötən il də müntəzəm mövsümü ilk sırada tamamlayaraq pley-offa adlayıb və yekunda Azərbaycan çempionu olub.

AzVision.az


Teqlər: idman   basketbol   qalib  





Xəbər lenti