Millimiz Paris-2024-ün təsnifat mərhələsinin yarımfinalında

Millimiz Paris-2024-ün təsnifat mərhələsinin yarımfinalında
  13 Aprel 2024    Oxunub:827
Azərbaycanın qadınlardan ibarət 3x3 qadın millisi Honqkonqda "Paris-2024" yolunda təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanıb.
AzVision.az xəbər verir ki, milli komandamız "B" qrupunda ikinci oyununu Monqolustan seçməsinə qarşı keçirib və 13:12 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

Qeyd edək ki, 3x3 qadın millimizin qrupda sonuncu oyunu Niderland seçməsinə qarşı olacaq.

Əlavə edək ki, yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti