Kişi şahmatçılar arasında Azərbaycan çempionatı başlayıb

Kişi şahmatçılar arasında Azərbaycan çempionatı başlayıb
  11 Aprel 2024    Oxunub:729
Bu gün kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.
AzVision.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 9 turdan ibarətdir.

İlk 4 yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam etdirəcək. 20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın Süleymanlıdır.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdur.

AzVision.az


Teqlər: idman   şahmat   çempionat  





Xəbər lenti