Messi azərbaycanlı iş adamına saat hədiyyə etdi - VİDEO

   Messi azərbaycanlı iş adamına saat hədiyyə etdi -    VİDEO
  01 Fevral 2024    Oxunub:1689
ABDA Invest Holding-in təsisçisi və sədri, Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti iş adamı Adnan Əhmədzadənin ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi ilə yeni görüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, görüntüləri iş adamı rəsmi “Instagram” hesabında paylaşıb.

“Ən əziz dostumdan imzalanmış ən yaxşı ad günü hədiyyəsi” , - deyə iş adamı qeyd edib.

Bu gün doğum gününü qeyd edən A. Əhmədzadəyə Messi “Jacob And Co Messi edition” saatı hədiyyə edib. Dünya şöhrətli futbolçu saatın qutusuna imza da atıb.

Qeyd edək ki, Adnan Əhmədzadənin Messi ilə ailəvi dostluğunun olması ilə bağlı daha əvvəl də xəbərlər yayılmışdı. Belə ki, futbolçu şəxsi sosial media hesabında azərbaycanlı iş adamı ilə ailəvi şəklini paylaşmış, paylaşıma 1 saat ərzində 2 milyon "like" gəlmişdi.



AzVision.az


Teqlər:





Xəbər lenti