Ayda maqnit xüsusiyyətlərinə malik daşlar tapıldı

Ayda maqnit xüsusiyyətlərinə malik daşlar tapıldı
  27 Yanvar 2024    Oxunub:1013
Ayda “Rayner Qamma” bölgəsində qeyri-adi maqnit xüsusiyyətlərinə malik daşlar aşkar edilib.

Bu barədə Almaniyanın Munster Universitetinin məlumatında qeyd olunub.

Universitetin məlumatına görə, bu daşlar Aydakı digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirir. Alim Ottaviano Rueschanın fikrincə, Ayın maqnit xassələri haqqında hazırkı biliklər məhduddur, ona görə də yeni süxurlar Yerin peykinin və onun maqnit nüvəsinin tarixinə işıq salacaq.

Qeyd edək ki, yanvarın 19-da Yaponiya öz kosmik gəmisini Aya uğurla endirən dünyada beşinci ölkə olub. Bundan sonra Yaponiyanın aerokosmik kəşfiyyat agentliyi JAXA Ayda “Smart Lander for Investigating Moon” (SLIM) modulunun ilk fotosunu nümayiş etdirib.

Yanvarın 21-də Retroreflektor Array (LRA) ilk dəfə Ayda uğurla sınaqdan keçirilib. Onun şəbəkəsindən gələcəkdə kosmik gəmilərin naviqasiyası üçün istifadə edilməsi planlaşdırılır.

Bundan əvvəl isə ABŞ-nin “Peregrine” peykinin Aya missiyası uğursuz olmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti