Nüvə müharibəsinin mümkün nəticələri: Hər kəs zərər görəcək

      Nüvə müharibəsinin mümkün nəticələri:    Hər kəs zərər görəcək
  19 Yanvar 2024    Oxunub:1519
Kolorado Universitetinin rəhbərliyi ilə beynəlxalq alimlər qrupu atmosferdə kimyəvi reaksiyalar haqqında yeni məlumatları nəzərə alaraq nüvə müharibəsinin nəticələrini araşdırıb.
1980-ci illərin proqnozlarından fərqli olaraq, elm adamları ozon təbəqəsinin zədələnməsini sürətləndirəcək tüstü səbəbindən temperaturun potensial yüksəlməsinə işarə edərək, əks ssenarini nəzərdən keçiriblər.

Ekspertlər ilk dəfə olaraq qlobal və regional müharibələr zamanı nüvə tüstüsünün kəmiyyət təsirini qiymətləndiriblər. Nəticələr göstərir ki, qlobal müharibədə 15 il ərzində ozon təbəqəsinin 75%-i, regional müharibədə isə 12 il ərzində 25%-i itiriləcək. “Science Alert” xəbər verir ki, bu nəticələr 80-ci illərin proqnozlarını üstələyir və təkcə kimyəvi reaksiyaları deyil, həm də tüstünün qızdırılmasını, atmosferdəki təbii proseslərə müdaxiləni əhatə edir.

Tədqiqatçılar tüstü dağıldıqdan sonra ozon təbəqəsinin itirilməsinin sağlamlığa və kənd təsərrüfatına ciddi təsirləri barədə xəbərdarlıq edirlər. Ozon təbəqəsinin qorunması olmadan UV şüalanması dəri xərçənginə və ekosistemlərin məhvinə səbəb ola bilər. ekspertlər qeyd edir ki, ilkin partlayışlardan sonra Yer kürəsinin bütün sakinləri təhdidedici iqlim təsirlərinə məruz qalacaqlar.

Qlobal və regional müharibələr arasındakı fərqlərə baxmayaraq, tədqiqat münaqişənin yerindən və miqyasından asılı olmayaraq heç kimin nəticələrdən qaça bilməyəcəyini vurğulayır. Nəticədə, partlayışların birbaşa itkilərə təsiri ilə yanaşı, iqlim dəyişikliyi və radiasiya planetin bütün sakinləri üçün dağıdıcı olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti