Peşə təhsili müəssisələrində pulsuz yerlərin sayı açıqlandı

   Peşə təhsili müəssisələrində pulsuz yerlərin sayı açıqlandı
  10 Avqust 2021    Oxunub:1652
“2021-2022-ci tədris ilində ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaq.15 ixtisas üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb”.
Azvision.az -ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib.

Onun sözlərinə görə, son 5 ildə 3 yeni peşə təhsil mərkəzi açılıb: "Bu il Bərdədə də yeni peşə təhsil mərkəzinin açılışı planlaşdırılır və builki qəbulda həmin peşə təhsil mərkəzinə də tələbə qəbulu elan edilir. Bu il ən çox informasiya-kommunikasiya texnologiyaları üzrə, avtomobil sahəsi, aşpaz, kənd təsərrüfatı və bir çox sənaye yönümlü ixtisaslar, iqtisadiyyat, turizm üzrə qəbul planlaşdırılır.

Sosial həssas qruplara da peşə təhsili mərkəzlərində xüsusi diqqət ayrılır və onlara şərait ayrılır. Bura valideynlərini itirmiş, valideyn himayəsindən mərhum olan, I, II, III dərəcə əlilliyi olanlar, şəhid övladları və valideynində I dərəcə əlillik olan və s. ailələrin övladları daxildir".

Azvision.az


Teqlər: Peşə-Təhsil  





Xəbər lenti