Bakıda məktəb direktoru vəfat edib

Bakıda məktəb direktoru vəfat edib
  08 Avqust 2021    Oxunub:1823
Bakıda 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov özünün feysbukdakı hesabında yazıb.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi paytaxtdakı 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, - deyə Bəşarət Məmmədov qeyd edib.

Azvision.az



Teqlər: Məktəb   direktor  





Xəbər lenti