Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlandı

   Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlandı
  07 Avqust 2021    Oxunub:1047
10 avqust tarixindən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək.
Azvision.az -ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir. Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti