Növbəti qabiliyyət imtahanları keçiriləcək

Növbəti qabiliyyət imtahanları keçiriləcək
  06 Avqust 2021    Oxunub:1710
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
DİM-dən Azvision.az -a bildirilib ki, avqustun 9-da musiqi (11 illik), teatr-kino-xoreoqrafiya (11 illik), bədən tərbiyəsi (11 illik), təsviri sənət (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti