"Virusa qarşı effektli peyvənd tapılacaq" - Melaniya Tramp

"Virusa qarşı effektli peyvənd tapılacaq" -  Melaniya Tramp
  26 Avqust 2020    Oxunub:2829
ABŞ-ın birinci xanımı Melaniya Tramp ABŞ lideri Donald Trampın COVID-19 üçün təsirli bir vaksin tapacağına söz verib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, birinci xanım bu barədə Ağ Evdə keçirilən görüşdə deyib.

O, Prezident Trampın COVID-19 üçün təsirli bir müalicə tapması və ya hər kəs üçün əlçatan bir peyvənd yaratmaq üçün hər şeyi edəcəyinə söz verib.

Yaxınlarını itirənlərin hamısına dərin hüznlə başsağlığı verən xanım Tramp deyib ki, duaları xəstəlikdən əziyyət çəkənlərlədir.

“Bilirəm ki, bir çox insan narahatdır, bəziləri özünü çarəsiz hiss edirr. Bilməyinizi istəyirəm ki, həyat yoldaşımın rəhbərliyi ilə virusa effektli peyvənd tapılacaq və xəstəliyə qalib gələcəyik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti