Antonio Banderas COVID-19-dan sağaldı

Antonio Banderas COVID-19-dan sağaldı
  26 Avqust 2020    Oxunub:2280
Məşhur ispaniyalı aktyor Antonio Banderas koronavirusdan sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə aktyor “Twitter”də yazıb.

"21 günlük ciddi karantin rejimindən sonra deyə bilərəm ki, xəstəliyə qalib gəldim. Mən sağaldım. Düşüncələrim bu xəstəlikdən əziyyət çəkənlərlədir. Dözümlü olun və virusa qalib gəlin", - Banderas qeyd edib.

Xatırladaq ki, “Oskar”, “Qızıl qlobus” və digər beynəlxalq mükafatlar alan Banderas 100-dən çox filmdə çəkilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: “Oskar   Banderas   Koronavirus  





Xəbər lenti