Koronavirusa yoluxanların sayı 24 milyona yaxınlaşır

  Koronavirusa yoluxanların sayı 24 milyona yaxınlaşır
  26 Avqust 2020    Oxunub:3350
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 24 milyona yaxınlaşır.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 23 milyon 945 min 239, pandemiya qurbanlarının sayı isə 819 min 899 nəfərə çatıb.

İndiyədək 16 milyon 466 min 344 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti