Türkiyədə koronavirusa yoluxma sayı 260 mini keçdi

   Türkiyədə koronavirusa yoluxma sayı 260 mini keçdi
  26 Avqust 2020    Oxunub:3416
Türkiyədə son sutka ərzində 24 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1502 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6163, virusa yoluxanlar isə 261 194 nəfərə çatıb.

Türkiyədə indiyədək 238 795 pasiyent (son sutkada 887 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti