Azərbaycan Rusiya peyvəndini idxal edə bilər - Nazir

 Azərbaycan Rusiya peyvəndini idxal edə bilər -  Nazir
  25 Avqust 2020    Oxunub:5710
Rusiyanın istehsal etdiyi koronavirusa qarşı peyvənd beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan onun idxalını nəzərdən keçirə bilər.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Peyvənd almaqda maraqlı olduğumuz üçün “Sputnik V” peyvəndi ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlandıqdan sonra rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik", - XİN rəhbəri bildirib.

Nazir əlavə edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının üzv dövləti olaraq qurumun koronavirusun müalicəsinə dair tövsiyə və müalicə metodlarına əməl edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Peyvənd   Azərbaycan   Rusiya  





Xəbər lenti