Ceyhun Bayramov: "XİN rəhbərlərinin görüşü barədə danışmaq tezdir"

  Ceyhun Bayramov:  "XİN rəhbərlərinin görüşü barədə danışmaq tezdir"
  25 Avqust 2020    Oxunub:3044
ATƏT-in Minsk Qrupunun həmsədrlər bu payızda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşün təşkil etmək istəyirlər. Ancaq Ermənistanın hərəkətləri vasitəçilərin səylərini heçə endirir.
Azvision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın digər işğal olunmuş ərazilərində münaqişənin həlli prosesini pozması təkcə iyulun 12-də baş verən hərbi hücumla məhdudlaşmır.

Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin vacibliyini vurğulayır, işğaldakı ərazilərin azad edilməsini istisna edir. Azərbaycan yaşayış məntəqələrinə zərbə endirməklə təhdidlərini irəli sürür, işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir, bununla da oradakı demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Bununla da danışıqların bərpa olunma şansını itirir.

Nazir deyib ki, Ermənistan tərəfinin təcavüzkar bəyanatlarının və təxribatçı addımlarının bu siyahısı davam etdirilə bilər. Belə bir şəraitdə xarici işlər nazirlərinin görüşünün tarixləri barədə danışmaq vaxtından əvvəl olardı.

"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərindən Ermənistanın BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsində və ATƏT-in 1994-cü ildə Budapeşt sammitində nəzərdə tutulduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılması ilə bağlı əsaslı danışıqlar aparmağa hazır olması təminatını gözləyirik. Bu cür razılaşmaların həyata keçirilməsi, siyasi məsələlərə daha sonra baxmağa başlamağa imkan verəcəkdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   XİN   Nazir  





Xəbər lenti