Daşqınlar 90 nəfərin həyatına son qoydu

Daşqınlar 90 nəfərin həyatına son qoydu
  25 Avqust 2020    Oxunub:2822
Pakistanın şimal-şərqində musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 90 nəfər ölüb, minə yaxın yaşayış binasına ziyan dəyib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, fəlakət Karaçi liman şəhərinə ciddi ziyan vurub.

Baş Nazir İmran Xanın əmri ilə hərbi hissələr su basmış ərazilərdə axtarış-xilasetmə işlərinə cəlb edilib.

Proqnozlara əsasən, yaxın günlərdə Pakistanda yağıntılar davam edəcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Pakistan   daşqın  





Xəbər lenti