Əfqanıstanda partlayış- 3 ölü,41 yaralı

Əfqanıstanda partlayış-    3 ölü,41 yaralı
  25 Avqust 2020    Oxunub:3356
Əfqanıstanın şimalında yerləşən Bəlx əyalətində bomba quraşdırılmış avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyatını itirən 3 nəfərdən 2-si sivil vətəndaş olub.

Partlayışın törədilməsində məsuliyyəti Taliban öz üzərinə götürüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti