Belarusda müxalifətçi həbs olunub

Belarusda müxalifətçi həbs olunub
  25 Avqust 2020    Oxunub:2811
Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Sergey Dılevski icazəsiz aksiya təşkil etdiyinə görə 10 gün müddətinə həbs olunub.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, qərarı Minsk inzibati məhkəməsi çıxarıb.

Məlumata görə, o, avqustun 24-də icazəsiz kütləvi aksiya keçirərək insanları tətil etməyə çağırıb. Dılevski təqsirini etiraf etməyib, dostları ilə görüşə getdiyini bildirib.

Eyni aksiyada Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın vəkili Olqa Kovalkova da tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti