Biqan Lavrovla Belarusdakı vəziyyəti müzakirə edib

Biqan Lavrovla Belarusdakı vəziyyəti müzakirə edib
  25 Avqust 2020    Oxunub:3060
ABŞ dövlət katibinin müavini Stiven Biqan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Belarusdakı vəziyyəti müzakirə edib, eyni zamanda müxalifət lideri, bloger Aleksey Navalnının vəziyyətindən narahatlığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Rebekka Ross “Twitter”də yazıb.

"Dövlət katibinin müavini Biqan Xarici İşlər naziri Lavrovla görüşüb və onlar Belarusdakı mövcud vəziyyəti müzakirə ediblər. Danışıqlar zamanı Biqan xalqa qarşı zorakılıq tətbiq edilməsini qınayıb və Belarusun suverenliyini, xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirib.

"Dövlət katibinin müavini Aleksey Navalnının vəziyyətindən də dərin narahatlığını ifadə edib", səfirliyin nümayəndəsi vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti