İspaniyada ordu koronavirusla mübarizəyə cəlb olunub

İspaniyada ordu koronavirusla mübarizəyə cəlb olunub
  25 Avqust 2020    Oxunub:2656
Son günlər İspaniyada koronavirusa yoluxma sayının yenidən artması ordunun epidemiya ilə mübarizəyə çağırılmasına səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Frans-Press Agentliyi məlumat yayıb. Bildirilib ki, İspaniyanın Baş naziri Pedro Sançes qatıldığı mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, artan yoluxma hadisələri fonunda ordu bölgə idarəçiliyinə dəstək verəcək. İspaniya mərkəzi hökuməti bölgə rəhbərliyinə yoluxmanının izləniləməsi və tibbi xidmətlər ilə bağlı kömək etmək üçün 2 min əsgərdən ibarət birliklər yollayacaq.

Həftə sonundan bəri İspaniyada yeni yoluxma hallarının sayında 19 min 382 artım olduğu açıqlanıb. Virus qurbanlarının sayı 28 min 872-yə çatıb. Yoluxmanın artmasından sonra 17 muxtar idarənin hər biri mərkəzi hökumət və Səhiyyə Nazirliyi ilə kordinasiyalı olsa da, fərqli tədbirlər görməyə başlayıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: İspaniya   ordu   yoluxma  





Xəbər lenti