İranda pandemiya qurbanlarının sayı 21 minə çatır

  İranda pandemiya qurbanlarının sayı 21 minə çatır
  25 Avqust 2020    Oxunub:2963
İranda son sutka ərzində daha 125 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 20 901 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2 min 213 nəfər artaraq 363 min 363- ə yüksəlib.

İranda indiyədək 313 58 pasiyent sağalıb, 3 839 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti