COVID-19 qurbanlarının sayı 787 mini keçib

   COVID-19 qurbanlarının sayı 787 mini keçib
  20 Avqust 2020    Oxunub:3487
Dünyada koronavirus infeksiyasına yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 22 milyon 458 min 981, pandemiya qurbanlarının sayı isə 787 min 503 nəfərə çatıb.

İndiyədək 15 milyon 172 min 290 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti