Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb

 Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb
  20 Avqust 2020    Oxunub:3363
Türkiyədə son sutka ərzində 23 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1303 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6039, virusa yoluxanlar isə 253 min 108 nəfərə çatıb.

Türkiyədə indiyədək 233 min 915 pasiyent (son sutkada 1002 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti