Avropa İttifaqı Belarusa sanksiya tətbiq edəcək

 Avropa İttifaqı Belarusa sanksiya tətbiq edəcək
  19 Avqust 2020    Oxunub:3507
Avropa İttifaqı Belarusda zorakılıq və seçki saxtakarlığına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiya tətbiq edəcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarusla bağlı sammitdən sonra Avropa İttifaqı Şurasının sədri Şarl Mişel deyib.

Almaniya kansleri Angela Merkel isə bildirib ki, Aİ Belarusdakı dinc nümayişçiləri dəstəkləyir. O, seçkilərin etibarlı sayıla bilməyəcəyini, ölkənin milli dialoqa ehtiyacı olduğunu söyləyib.

"Biz Lukaşenko hökumətini zorakılığı dayandırmağa çağırırıq", - deyə Merkel vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AvropaİttifaqıŞurası  





Xəbər lenti