Avropa İttifaqı Belarusdakı seçkilərin nəticələrini tanımadı

Avropa İttifaqı Belarusdakı seçkilərin nəticələrini tanımadı
  19 Avqust 2020    Oxunub:3054
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayıb.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Avropa İttifaqının təcili sammitinin nəticələrini açıqlayarkən deyib.

Merkelin sözlərinə görə, Aİ dinc nümayişçilərə dəstək ifadə edir, ölkə rəhbərliyini zorakılıqdan əl çəkməyə və müxalifətlə dialoqa girməyə çağırır.

Bundan əlavə, Merkel Belarus vətəndaşlarının ölkənin gələcək yolunu özlərinin seçməli olduqlarına əminliyini bildirib və digər ölkələrin, xüsusən Rusiyanın xarici təsirləri barədə xəbərdarlıq edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti