“Belarusa yardım göstərilməsinə ehtiyac yoxdur” - Peskov

 “Belarusa yardım göstərilməsinə ehtiyac yoxdur” -  Peskov
  19 Avqust 2020    Oxunub:3235
Kreml hesab edir ki, KTMT çərçivəsində Belarusa yardım göstərilməsinə ehtiyac yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Belarus rəhbərliyi özü bu barədə danışıb.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gəlincə, burada həqiqətən də tərəflərin qarşılıqlı yardım üçün bir sıra öhdəlikləri var. Ancaq bilirsiniz ki, indi belə ehtiyac yoxdur və Belarus rəhbərliyi özü bu ehtiyacın olmadığını etiraf edib”, - deyə Peskov jurnalistlərə bildirib.

Rusiya hərbi texnikasının Belarusla sərhədə göndərilməsi barədə mediada yayılan məlumatlara gəlincə, Peskov deyib ki, Rusiya hərbi texnikası ölkənin bütün ərazisi boyunca yerləşdirilib, ona görə də burada şərh ediləsi məsələ yoxdur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti