Sarkisyandan Qarabağla bağlı qalmaqallı açıqlama

Sarkisyandan Qarabağla bağlı qalmaqallı açıqlama
  19 Avqust 2020    Oxunub:3038
Ermənistan genişmiqyaslı müharibə vəziyyətində Dağlıq Qarabağın "müstəqilliyini" tanımalıdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bütün vədlərini yaxşı xatırlayır və 2016-cı ilin aprel müharibəsi daha uzun sürsəydi, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini" tanıyacaqdı.

"Əgər genişmiqyaslı müharibə olarsa, Ermənistan Qarabağın "müstəqilliyini" tanımalıdır", - deyə Sarkisyan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ   Sarkisyan  





Xəbər lenti