“Müharibə təhlükəsi son dərəcə böyükdür” - Sarkisyan

“Müharibə təhlükəsi son dərəcə böyükdür” -  Sarkisyan
  19 Avqust 2020    Oxunub:4560
Bu gün müharibə təhlükəsi son dərəcə böyükdür.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprel döyüşləri təkcə müharibə deyildi: “Bu, daxili və xarici gündəmə təsir edən böyük bir hərbi-siyasi hadisədir. Aprel müharibəsi Dağlıq Qarabağın (Azərbaycanın işal edilmiş ərazisi) müdafiəsi və təhlükəsizliyi ilə sıx bağlıdır. Bu, xalqımızın həyati vacib suallarından biridir. Danışıqlar prosesi ilə sıx bağlıdır. Mənim fikrimcə, təəssüf ki, danışıqlar ya dalana dirənib, ya da gördüyüm kimi getmir, bu isə müharibə təhlükəsini artırır.

Dediyim kimi, aprel müharibəsi xarici siyasətimizlə sıx bağlıdır. Buna görə də bu gün ölkəmizin ətrafında baş verən hadisələr çox təhlükəlidir. Deyilənləri ümumiləşdirmək üçün söyləyə bilərəm ki, bu gün müharibə təhlükəsi son dərəcə böyükdür", - deyə Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, hər bir döyüşün düzgün araşdırılmasına və nəticə çıxarmağa ehtiyac var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Aprelmüharibəsi   Sarkisyan  





Xəbər lenti