Lukaşenko etirazçılara xəbərdarlıq etdi

 Lukaşenko etirazçılara xəbərdarlıq etdi
  19 Avqust 2020    Oxunub:2889
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə davam edən etirazlar fonunda hökumət üzvlərinə hücumların edildiyini söyləyib.
Azvision.az xəbər verir ki, Lukaşenko bunu Təhlükəsizlik Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

O, bəzi vətəndaşlara qarşı təhdid və təzyiqlərdən söz açıb. Xüsusilə, Lukaşenko etiraf edib ki, hərbçilərin, polisin, xüsusi xidmət orqanlarının, hökumət rəsmilərinin və media işçilərinin ailələrinə qarşı təhdidlərdən narahatdır.

"Hətta hökumət üzvlərinə hücumlar var. Ayrı-ayrı etirazçıların Səhiyyə nazirinə münasibətini gördünüz".

Belarus Prezidenti zavodların girişlərində mitinq keçirənlərlə bağlı tədbir görəcəyini vurğulayıb.

O, həmçinin etiraz aksiyalarına qoşulmayan işçilərə təşəkkür edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Lukaşenko   Etiraz   Aksiya  





Xəbər lenti