Hindistanda daha bir koronavirus rekordu

Hindistanda daha bir koronavirus rekordu
  19 Avqust 2020    Oxunub:2892
Hindistanda son sutka ərzində 64 531 nəfər koronavirusa yoluxub, 1092 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 2 767 273 nəfərə çatıb. İndiyədək 52 889 pasiyent pandemiyanın qurbanı olub, 2 37 870 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Hindistan   virus  





Xəbər lenti