Braziliyada virusdan ölənlərin sayı 110 minə çatır

Braziliyada virusdan ölənlərin sayı 110 minə çatır
  19 Avqust 2020    Oxunub:2319
Braziliyada son 24 saat ərzində 1352 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 109 888-ə yüksəlib. Yoluxma sayı 47 784 nəfər artaraq 3 407 354 -ə çatıb. İndiyədək 2 554 179 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya   virus  





Xəbər lenti