Livandan Ermənistana daha yüz erməni gətirildi

Livandan Ermənistana daha yüz erməni gətirildi
  19 Avqust 2020    Oxunub:2884
Livandan Ermənistana daha yüz erməni gətirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Diasporla İş üzrə Baş Komissarı aparatının şöbə rəhbəri Ovannes Aleksanyan "Facebook" səhifəsində yazıb.

“Beyrutdan daha 100 erməni gətirilib, onlardan 21-i uşaqdır. Bu reys həm də Suriyadan və BƏƏ-dən olan erməniləri də geri qaytarıb”, - deyə Aleksanyan qeyd edib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında 2705 ton ammonium nitrat olan anbar partlayıb. Hadisə nəticəsində 13 erməni ölüb.

Diaspor komissarı Zare Sinanyan bildirib ki, 370 livanlı erməni beş mülki uçuşla, daha 101 nəfər isə humanitar yardım çatdıran üç təyyarə ilə Ermənstana qayıdıb. Livanda Ermənistan vətəndaşı olan 25 min erməni var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut  





Xəbər lenti