Türkiyə XİN Malidəki qiyamı pislədi

Türkiyə XİN Malidəki qiyamı pislədi
  19 Avqust 2020    Oxunub:2399
Avqustun 18-də Mali silahlı qüvvələri daxilindəki bir qrup hərbçi tərəfindən həyata keçirilən çevriliş nəticəsində Prezident İbrahim Bubakar Keytanın istefa verməyə məcbur edilməsini dərin narahatlıq və üzüntü ilə qarşılayırıq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

“Dost və qardaş Malidə daxili sülh, etibar və sabitlik mühitinin tezliklə yenidən qurulacağını, Prezident Keyta və həbs edilən digər yüksək vəzifəli şəxslərin dərhal sərbəst buraxılacağını, ölkənin ən qısa müddətdə konstitusiya quruluşuna qayıdacağını gözlədiyimizi vurğulayırıq. Bu məqsədlə BMT, Afrika Birliyi və ECOWAS-ın səylərini dəstəkləyirik”, - bəyanatda deyilir.

Qeyd edilib ki, Türkiyə bu çətin dövrdə dost və qardaş Malinin yanında olmaqda davam edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali  





Xəbər lenti