Finlandiya yenidən sərhədləri bağlayır

Finlandiya yenidən sərhədləri bağlayır
  19 Avqust 2020    Oxunub:2067
Finlandiya hökuməti koronavirusla bağlı yaranan vəziyyətə görə avqustun 24-dən etibarən yenidən 10 ölkə ilə sərhədləri bağlayacaq.
Azvision.az xəbər verir ki, Finlandiya hökuməti sərhədlərin açılmasının əsas meyarı kimi son 14 gündə 100 min nəfərə səkkizdən çox yoluxmanın olmamasını irəli sürüb.

Avropa İttifaqı səviyyəsində tövsiyə olunan rəqəm 16-dır.

"Finlandiya İslandiya, Yunanıstan, Malta, Almaniya, Norveç və Danimarka ilə daxili sərhəd nəzarəti bərpa ediləcək", - deyə Nazirlər Kabinetinin məlumatında bildirilib.

Məhdudiyyətlər İrlandiya, Kipr, San-Marino və Yaponiyaya da aiddir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Finlandiya  





Xəbər lenti