Qorbaçov Lukaşenkonu qınadı

 Qorbaçov Lukaşenkonu qınadı
  19 Avqust 2020    Oxunub:2129
SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkədəki etirazlar fonunda etdiyi səhvlərdən danışıb.
Azvision.az xəbər verir ki, Qorbaçov KİV-ə müsahibəsində Lukaşenkonu yol verdiyi nöqsanlara görə qınayıb.

“Lukaşenko dəstək üçün sənaye işçilərinə müraciət etdi. Ancaq görünür, çox gecdir".

O, əlavə edib ki, SSRİ dağılmazdan əvvəl işçilərə müraciət etmişdi, lakin lazımi dəstəyi almadı.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Ölkədə seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar başlayıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Belarus   Lukaşenko  





Xəbər lenti